...

Türkiyədə dərc edilən xəritədə Azərbaycan, İraq və Suriya torpaqları Türkiyə ərazisi kimi göstərilib

Dünya xəbərləri Materials 1 Oktyabr 2009 14:14 (UTC +04:00)
Türkiyə Təhsil Nazirliyinin dərc etdirdiyi xəritədə Azərbaycan, İraq və Suriya torpaqları Türkiyə ərazisi kimi göstərilib.
Türkiyədə dərc edilən xəritədə Azərbaycan, İraq və Suriya torpaqları Türkiyə ərazisi kimi göstərilib

Türkiyə Təhsil Nazirliyinin dərc etdirdiyi xəritədə Azərbaycan, İraq və Suriya torpaqları Türkiyə ərazisi kimi göstərilib. Bu haqda Türkiyənin CNN Türk saytı "Milliyyət" qəzetinə istinadən məlumat verib.

Xəritədə Kərkük, Mosul, Ərbil, Naxçıvan, Batimu Türkiyə əraziləri kimi göstərilməkdədir.

Türkiyənin Təhsil Nazirliyi dərc edilən xəritələrin ölkə məktəblərindən və satışdan yığılmasını tələb edib.

Xəbər lenti

Xəbər lenti