Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir T.Konyayeva/
"Amnesty International"ın yaydığı rəsmi məlumata əsasən, cümə günü İran hakimiyyəti tanınmış insan haqları müdafiəçisi iranlı Abdulfəttah Soltaninin "insan haqları" sahəsində mükafat almaq üçün Almaniyaya getməsinə icazə verməyib.
"Amnesty International" təşkilatının Yaxın Şərq bölgəsinin direktor müavini Həssibə Hacı Səhrauyi deyib ki, İranda insan haqları müdafiəçiləri bəzən nəinki həbs olunurlar,həmçinin tez-tez təhlükəsizlik orqanları tərəfindən izlənilir və təhdid olunurlar. Onlardan bir çoxlarının insan haqları seminarlarında iştirak etmək, həmçinin mükafatlar almaq üçün xaricə getmək kimi imkanları yoxdur.
Təşkilatdan verilən məlumata əsasən, Soltani cümə günü Tehran hava limanında Almaniyaya getmək üçün təyyarəyə minməyə hazırlaşarkən saxlanılıb. Bundan başqa onun pasportunu da müsadirə ediblər. O insan haqları sahəsində beynəlxalq mükafat almaq Nyurnberq şəhərinə getməyə hazırlaşıb. Mükafatın dəyəri 15 min avrodur. Bu mükafat hər iki ildən bir üzərinə insan haqları sahəsində öhdəliklər götürən, bəzən isə özünü riskə atan şəxslərə verilir.
Səhrauyi deyib ki, bir çox hallarda insan haqları müdafiəçilərinin səfərlərinə icazə verilməməsinin və ya onların hansı hüquqi əsaslarla bu haqlarından məhrum olmalarının səbəbləri bildirilmir.
Abdulfəttah Soltani, 2002-ci ildə Nobel mükafatı laureatçısı Şirin İbadi və digər insan haqları müdafiəçiləri tərəfindən təsis edilən "İnsan haqları müdafiəçiləri mərkəzinin" (Centre for Human Rights Defenders - CHRD) üzvüdür.
O bu il iyun ayının 16-da İranda mübahisəli prezident seçkilərindən sonra yaranan ixtişaşlar zamanı həbs edilib və yeddi həftədən sonra zaminə buraxılıb.
O, 2005-ci ildə də həbs olunub və 219 günlük həbsin 43 gününü bir nəfərlik kamerada keçirib.
2006-cı ildə o " məxfi materialların nəşrinə" və "hakimiyyətə qarşı təbliğat" apardığına görə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Lakin 2007-ci ilin mayın 28-də o 2005-ci ildən ona qarşı sürülən ittihamların bütün bəndləri üzrə təqsirsiz bilinib. O vaxtdan bəri ona İranın sərhədlərindən kənara çıxmaq qadağan edilib. Lakin bu yaxınlarda o pasport alıb və Almaniyaya getməsinə icazə verilib.
"Amnesty İnternational" İran hökumətinin fəaliyyətinə təəssüf etdiyini bildirərək, bunu sərbəst hərəkət hüqunun pozulması kimi qiymətləndirib. "Amnesty İnternational" İran hökumətini müharibə fəallarına qarşı tətbiq edilən qadağaları insan hüquqlarına görə ləvğ etməyə və onlara öz peşəkar fəaliyyətlərini həyata keçirə bilmək üçün xaricə getmələrinə icazə verməyə çağırıb.