...

Abdullah Gül ölkəsinin standartlarının Aİ-yə uyğunlaşdırılması üçün fürsət istəyib

Dünya xəbərləri Materials 9 Oktyabr 2009 17:04 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül Fransada ölkəsinin standartlarının Avropa İttifaqına uyğunlaşdırılması üçün fürsət verilməsini istəyib.
Abdullah Gül ölkəsinin standartlarının Aİ-yə uyğunlaşdırılması üçün fürsət istəyib

Türkiyə Prezidenti Abdullah Gül Fransada ölkəsinin standartlarının Avropa İttifaqına uyğunlaşdırılması üçün fürsət verilməsini istəyib. Məlumatı Türkiyənin ANADOLU informasiya agentliyi yayıb.

"Türkiyə standartlarının Aİ standartlarına uyğunluşdırılması üçün bizə fürsət verin", - Gül deyib.

Trend -un arayışı: Türkiyə ilə Aİ arasındakı əlaqələr və əməkdaşlıq 1964-cü ildə imzalanmış Ankara müqaviləsi ilə başlayıb. Müqavilənin imzalanmasından sonra Türkiyə-Aİ əlaqələrində zaman-zaman durğunluq olsa da, razılaşma öz statusunu qoruyub saxlayıb. Əslində, Türkiyə və Aİ-nin bugünkü yaxınlaşmaları tarixi bir fürsət kimi dəyərləndirilməlidir.

Norveçin Aİ-yə üzvlüyü ilə bağlı müzakirələr bitdikdən sonra Norveç vətəndaşları ölkələrinin bu quruma üzv olmasının əleyhinə olduqlarını bildirmişdilər və nəticədə Norveç Avropa standartlarına uyğun olmasına baxmayaraq, quruma üzvlükdən imtina etmişdi.

Türkiyə Prezidenti Abdullah Gül Fransaya səfəri zamanı keçirdiyi mətbuat konfransında gələcəkdə Türkiyənin bəlkə də Avropa İttifaqına üzv olmaqdan imtina edəcəyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti