...

Türkiyənin Baş naziri İranın dini lideri ilə görüşüb

Dünya xəbərləri Materials 29 Oktyabr 2009 10:37 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Tehranda İranın dini lideri Ayətulla Seyid Əli Xameneyi ilə görüşüb, bu barədə Anadolu informasiya agentliyi bildirib.
Türkiyənin Baş naziri İranın dini lideri ilə görüşüb

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir A.Axundov/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Tehranda İranın dini lideri Ayətulla Seyid Əli Xameneyi ilə görüşüb, bu barədə Anadolu informasiya agentliyi bildirib.

Türkiyənin Baş naziri ikigünlük səfəri zamanı iranlılar tərəfindən göstərilən qonaqpərvərliyinə görə Xameneyiyə minnətdarlığını bildirib.

İranın dini lideri də öz növbəsində Ərdoğanı və onun nümayəndə heyətini İranda gördüyünə şad olduğunu bildirib.

"Siz burada bacı və qardaşlarınızın arasındasınız", - Xameneyi qeyd edib.

Görüş bağlı qapılar arxasında keçirilib və təxminən yarım saat davam edib. Görüşdən sonra Ərdoğan nümayəndə heyəti ilə birgə Türkiyəyə qayıdıb.

Xəbər lenti

Xəbər lenti