Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir Ü.Sadıqova /
Azərbaycanın ərazi bütövlüyü Türkiyə üçün vacibdir, bun gördə də gələcəkdə də Azərbaycana verdiyi bütün vədlərə sadiq qalacaq, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Bakıda Türkiyə Respublikasının 86-ci ildönümünün qeyd olunması zamanı bildirib.
"Dağlıq Qarabağ problemi həmçinin Türkiyənin problemidir. Biz hesab edirik ki, bu münaqişə danışıqlar yolu ilə həll olunmalıdır", - səfir bildirib.
Kılıç həmçinin əlavə edib ki, Türkiyə Azərbaycanı müstəqillik qazandığı gündən dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. "Azərbaycanın gələcəkdə də bizə arxalanması bizim üçün çox vacibdir", - o bildirib.
Tədbirdə iştirak edən Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov bildirib ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər hər zaman səmimi qalacaq.