...

Türkiyə və İraq regionun mərkəzi oxunu yaradacaqlar - Türkiyənin XİN rəhbəri Davudoğlu

Dünya xəbərləri Materials 31 Oktyabr 2009 13:50 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İraqa səfəri zamanı bildirib ki, iki ölkə regionun vacib mərkəzi oxunu yaradacaqlar, The Journal of Turkish Weekly saytı xəbər verir.
Türkiyə və İraq regionun mərkəzi oxunu yaradacaqlar - Türkiyənin XİN rəhbəri Davudoğlu

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İraqa səfəri zamanı bildirib ki, iki ölkə regionun vacib mərkəzi oxunu yaradacaqlar, The Journal of Turkish Weekly saytı xəbər verir.

Davudoğlu İraqın Bəsrə şəhərində Türkiyə konsulluğunun açılışı mərasimində çıxışı zamanı bildirib ki, Türkiyə-İraq mərkəz oxu regionda stabillik və təhlükəsizliyin möhkəmlənməsində vacib rol oynayacaq.

Bəsrədə həmçinin Türkiyə və İraq biznesmenlərinin biznes-forumu baş tutub.

"İki ölkənin biznesmenləri bir çox birgə layihələr həyata keçirir və bu, ölkələr arasında yüksək səviyyədə strateji tərəfdaşlığı fəallaşdırmağa kömək edəcək", - Davudoğlu bildirib.

Bu səfərin əsas hadisəsi Davudoğlunun türk ordusunun iki il bundan öncə Kürdüstan İşçi Partiyasına qarşı mübarizə apardığı Şimali İraq ərazisindəki Ərbildə Baş konsulluğun açılması barədə bəyanatı olub.

Davudoğlu Kürdüstan administrasiyasının başçısı Masud Bərzani ilə görüşdə bildirib ki, Yaxın Şərqdə münasibətləri yenidən qurmağın vaxtı gəlib çatıb.

Xəbər lenti

Xəbər lenti