...

İslam iqtisadiyyatı nəzəriyyəsi dünya iqtisadiyyatına tətbiq olunmalıdır - İran Prezidenti

Dünya xəbərləri Materials 9 Noyabr 2009 17:34 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad İslam Konfransı Təşkilatının (İKT) İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMCEC) İstanbulda keçirilən iclasında çıxış edərək bildirib ki, kapitalizm sistemi və nəzəriyyəsi öz sonuna çatıb.
İslam iqtisadiyyatı nəzəriyyəsi dünya iqtisadiyyatına tətbiq olunmalıdır - İran Prezidenti

İran Prezidenti Mahmud Əhmədinejad İslam Konfransı Təşkilatının (İKT) İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMCEC) İstanbulda keçirilən iclasında çıxış edərək bildirib ki, kapitalizm sistemi və nəzəriyyəsi öz sonuna çatıb, bu sistemin dəyişilməsi zəruridir.

"Dünya hazırda böyük dəyişikliklər ərəfəsindədir və məlum səbəblərdən dünyaya hakim olan hazırkı siyasi, iqtisadi və mədəni qüvvələr davamlı olmayacaq. İslam iqtisadiyyatı nəzəriyyəsi dünya iqtisadiyyatına tətbiq olmalıdır", - Əhmədinejad deyib.

Onun sözlərinə görə, İslam iqtisadiyyatı nəzəriyyəsi seçilə biləcək yeganə həll yoludur. "Bu nəzəriyyənin əsasında əlverişli layihələr hazırlanmalıdır", - İran Prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti