İranın Qərbi Azərbaycan əyalətinin baş prokuroru Məhəmməd Musəvi bildirib ki, yanvarın 18-da qətlə yetirilmiş Xoy şəhərinin prokuroru Vəliyullah Hacı Quluzadə bir neçə gün əvvəl "Pejak" terrorçu qruplaşması tərəfindən təhdid edilib. Məlumatı MEHR agentliyi yayıb.
Musəvi əlavə edib ki, Quluzadə əks-inqlabçı qruplaşmalar (İranda həmin qruplaşmalardan biri "Pejak" hesab olunur) və əxlaqsızlara qarşı fəal işlər aparırdı və çox ehtimal ki, bununla əlaqədar olaraq öldürülüb.
Musəvi deyib ki, "Pejo" markalı avtomobildəki şəxslər Quluzadəyə atəş açaraq hadisə yerindən qaçıblar. Hazırda xüsusi qrup iş üzrə araşdırma aparır.
İranın Xoy şəhərinin prokuroru Vəliyullah Hacı Quluzadə yanvarın 18-da təxminən gecə saat 20.00 radələrində evinin qarşısında qətlə yetirilib