...

İranın müdafiə naziri ABŞ-ın bu ölkənin nüvə obyektlərinə hücum edəcəyinə inanmır

Dünya xəbərləri Materials 19 Yanvar 2010 14:09 (UTC +04:00)
İranın müdafiə naziri general-mayor Əhməd Vəhidi ABŞ və bəzi Qərb ölkələrinin İranın nüvə obyektlərinə hücum təhlükəsi haqda yayılan məlumatlara münasibət bildirərək onların İranın nüvə obyektlərinə hücum edəcəklərinə inanmadığını deyib.
İranın müdafiə naziri ABŞ-ın bu ölkənin nüvə obyektlərinə hücum edəcəyinə inanmır

İranın müdafiə naziri general-mayor Əhməd Vəhidi ABŞ və bəzi Qərb ölkələrinin İranın nüvə obyektlərinə hücum təhlükəsi haqda yayılan məlumatlara münasibət bildirərək onların İranın nüvə obyektlərinə hücum edəcəklərinə inanmadığını deyib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Vəhidi əlavə edib ki, bu məsələ ilə bağlı ABŞ rəsmiləri tərəfindən müxtəlif zamanlarda ayrı-ayrı çıxışlar olub və İran bu səbəbdən Qum şəhəri yaxınlığında "Fredo" nüvə zavodunu daha təhlükəsiz yerdə inşa edir.

"Hücum üçün şərait yaranmalıdır və amerkalıların isə belə ağılsızlıq edib İranın nüvə obyektlərinə hücum edəcəklərinə inanmırıq", - Vəhidi deyib.

İran Qum şəhəri yağınlığında dağların arasında yeni uranı zənginləşdirmə zavodu inşa edir. Qərb ölkələri həmin zavodun tikintisi ilə bağlı kəskin etirazlarını bildiriblər. Rəsmi Tehran Qum uranı zənginləşdirmə zavodunun dinc məqsədlər üçün tikildiyini və bununla bağlı MAQATE ilə dəfələrlə məktublaşdığını bildirib.

Xəbər lenti

Xəbər lenti