...

Tehran nüvə reaktorunun yanacağının təmini üçün yeni ideyalar irəli sürülüb - İranın XİN rəhbəri

Dünya xəbərləri Materials 29 Yanvar 2010 11:23 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Fransa və Braziliya rəsmiləri ilə görüşüb. Görüşdən sonra Müttəki keçirdiyi mətbuat konfransında bildirib ki, Tehran nüvə reaktorunun yanacağının təmini üçün Fransa və Braziliya rəsmiləri ilə müzakirədə yeni ideyalar irəli sürülüb.
Tehran nüvə reaktorunun yanacağının təmini üçün yeni ideyalar irəli sürülüb - İranın XİN rəhbəri

İranın xarici işlər naziri Mənuçöhr Müttəki Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Fransa Braziliya rəsmiləri ilə görüşüb. Görüşdən sonra Müttəki keçirdiyi mətbuat konfransında bildirib ki, Tehran nüvə reaktorunun yanacağının təmini üçün Fransa və Braziliya rəsmiləri ilə müzakirədə yeni ideyalar irəli sürülüb. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

Müttəki əlavə edib ki, NPT müqaviləsinə üzv ölkələr nüvə enerjisindən sülh məqsədləri ilə istifadə etməlidirlər.

Bundan əvvəl 2009-cu ilin dekabrında MAQATE təklif etmişdi ki, İran "Tehran nüvə reaktorunun" yanacağının təmini üçün 1200 kq 3.5 faizlik uranı Rusiyaya təhvil verib Fransadan 20 faizlik uran təhvil alsın. İran hələlik bu məsələyə qəti cavab verməyib.

Xəbər lenti

Xəbər lenti