Gürcüstan, Tbilisi, 4 fevral / Trend , müxbir N.Kirsxaliya/
Batumidə axşam baş verən qasırğa nəticəsində yeni tikilən evinin dam örtüyünün dağılması nəticəsində dörd nəfər zərər çəkib. Dam örtüyü iki mərtəbəli evin üstünə düşüb və orada yaşayanlar möcüzə nəticəsində xilas olublar.
Xoşbəxtlikdən bu hadisə qurbansız ötüşüb, yalnız 4 nəfər xəstəxanaya çatdırılıb, onlardan ikisi azyaşlı uşaqdır. Onların həyatı üçün təhlükə yoxdur.
Zərər çəkmişlərə xəstəxanada Acarıstan Muxtar Respublikasının başçısı Levan Varşalomidze baş çəkib. O vəd edib ki, dəymiş zərərin əvəzini ödəyəcək və dam örtüyünün uçmasına səbəb olan tikinti normalarını pozan təqsirli şəxslər cəzalandırılacaq.
Onu da qeyd etmək lazımdır ki, axşam baş verən qasırğa nəticəsində Batumi hava limanı İstanbuldan gələn təyyarəni qəbul edə bilməyib və o Trabzona yerə enib. Sərnişinlər məcburiyyət qarşısında Batumiyə avtobusla gəlməli olublar.