...

Qərb ölkələri dərman satışını artırmaq üçün "Donuz qripi" virusunu dünyaya yaydı - İran Prezidenti (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 11 Fevral 2010 12:29 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bu gün Tehranın Azadlıq meydanında İslam İnqilabının 31-ci ildönümü münasibəti ilə mitinq iştirakçılarının qarşısında çıxışı zamanı bildirib ki, hegemon ölkələrin hegemonluq siyasəti nəticəsində hazırda dünya xalqlarının 80 faizi kasıblıq həddində yaşayır. Bu barədə İRİNN kanalı canlı yayımda məlumat verib.
Qərb ölkələri dərman satışını artırmaq üçün  "Donuz qripi" virusunu dünyaya yaydı  - İran Prezidenti (ƏLAVƏ OLUNUB)

Red. Soncu abzas əlavə olunub

İran Prezidenti Mahmud Əhmədinejad bu gün Tehranın Azadlıq meydanında İslam İnqilabının 31-ci ildönümü münasibəti ilə mitinq iştirakçılarının qarşısında çıxışı zamanı bildirib ki, hegemon ölkələrin hegemonluq siyasəti nəticəsində hazırda dünya xalqlarının 80 faizi kasıblıq həddində yaşayır. Bu barədə İRİNN kanalı canlı yayımda məlumat verib.

"İslam İnqilabının qələbə çalması ilə Marksist ideologiyası tarixə çevrildi. Hazırda Qərb ideologiyası da dalana dirənib və Allahın lütfü ilə onun da çökməsinin şahidi olacağıq", - Əhmədinejad deyib.

Əhmədinejad əlavə edib ki, Qərb ölkələri Tehran reaktoruna lazım olan 20 faizlik uranı təhvil vermədilər. Onlar İrandakı xəstələrin taleyini də düşünmədilər. "Qərb ölkələri öz dərman satışlarını artırmaq üçün bir müddət öncə "donuz qripi" virusunu yaydılar", - Əhmədinejad deyib.

Xəbər lenti

Xəbər lenti