...

Ərdoğan və Klinton Qətərdə danışıqlar aparacaqlar

Dünya xəbərləri Materials 13 Fevral 2010 11:18 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qətərə səfəri zamanı ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşəcək. Anadolu agentliyi bu barədə məlumat yayıb.
Ərdoğan və Klinton Qətərdə danışıqlar aparacaqlar

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qətərə səfəri zamanı ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşəcək. Anadolu agentliyi bu barədə məlumat yayıb.

Görüş fevralın 13-ü şənbə günü Dohada keçiriləcək ABŞ-İslam dünyası forumu çərçivəsində baş tutacaq.

Agentlik məlumat verir ki, ABŞ-ın dövlət katibi ilə ikitərəfli görüş zamanı Ərdoğan Yaxın Şərq və İrandakı vəziyyəti müzakirə edəcək.

Eyni zamanda ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Kroyl bildirib ki, dövlət katibinin siyasi məsələlər üzrə müavini Bill Berns gələn həftə Suriya, Livan, Türkiyə və Azərbaycana səfər edəcək.

"Berns ikitərəfli əlaqələrimizin gücünü möhkəmlətmək üçün İlham Əliyevlə görüşüb danışıqlar aparacaq", - Kroyl deyib.

Xəbər lenti

Xəbər lenti