...

İran "altılıq"dan təkliflər alınmasında təkid edir - İran XİN

Dünya xəbərləri Materials 16 Fevral 2010 13:14 (UTC +04:00)
Son günlər Tehran uran mübadiləsinə dair bir neçə təklif alıb və İran bu təklifləri nəzərdən keçirməyə hazırdır. Bu barədə İLNA agentliyi İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəstin Fransa xarici siyasət idarəsinin dünənki bəyanatını şərhinə istinadən məlumat verib.
İran "altılıq"dan təkliflər alınmasında təkid edir - İran XİN

İran "altılıq"dan təkliflər alınmasında təkid edir - İran XİN

Son günlər Tehran uran mübadiləsinə dair bir neçə təklif alıb və İran bu təklifləri nəzərdən keçirməyə hazırdır. Bu barədə İLNA agentliyi İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəstin Fransa xarici siyasət idarəsinin dünənki bəyanatını şərhinə istinadən məlumat verib.

Bazar ertəsi Fransa Xarici İşlər Nazirliyi bildirib ki, dünya dövlətləri xarici yanacağın tam zənginləşdirilməsi üzrə İranın az zənginləşdirilmiş uranının mübadiləsi ilə əlaqədar İrana heç bir təklif etməyib.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi əvvəl bildirib ki, "İran ölkə ərazisində 20 faizə qədər zənginləşdirilmiş uran istehsal etməyə dair qərar qəbul etdikdən sonra ABŞ, Rusiya və Fransa uranın mübadiləsi üçün müştərək təkliflər təqdim edib". Salehinin sözlərinə görə, "həmin ölkələrin (ABŞ, Fransa və Rusiya) 20 faizədək zənginləşdirilmiş uran istehsalının dayandırılmasını nəzərdə tutan təklifləri yalnız mübadilə üzrə Tehranın bütün şərtlərinin icrasından sonra reallaşa bilər".

Mehmanpərəst çərşənbə axşamı həftəlik mətbuat konfransında deyib ki, İranda 20 faizədək zənginləşdirilmiş uran istehsalı yanacaq almaq və mübadilə etmək barədə təkliflərə zidd deyil. Yeni təkliflər İranın maraqlarına uyğun gələrsə, ölkə onları nəzərdən keçirəcək.

Ötən ilin oktyabr ayında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) və İran üzrə beynəlxalq "altılıq" (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) Tehrana az zənginləşdirilmiş uranı yüksək zənginləşdirilmiş uranla mübadilə etməyi təklif edib. İran bu təklifi rədd etməyib, lakin tərəflər yanacaq mübadiləsi barədə razılığa gələ bilməyib.

Fars agentliyinin məlumatına görə, Salehi çərşənbə axşamı səhər əl-Aləm telekanalına müsahibəsində Rusiya, Fransa və ABŞ tərəfindən təkliflərin edildiyini yenidən təsdiq edib.

Xəbər lenti

Xəbər lenti