...

Müxalifət partiyalarının yaradılması Türkmənistan üçün mühüm hadisə olacaq - Prezident Berdiməhəmmədov

Dünya xəbərləri Materials 19 Fevral 2010 15:56 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov sonuncu hökumət yığıncağında çıxış edərək deyib ki, müxalifət partiyalarının yaradılması ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olacaq.
Müxalifət partiyalarının yaradılması Türkmənistan üçün mühüm hadisə olacaq - Prezident Berdiməhəmmədov

Türkmənistan, Aşqabad, 19 fevral / Trend , müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov sonuncu hökumət yığıncağında çıxış edərək deyib ki, müxalifət partiyalarının yaradılması ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olacaq.

Türkmənistanda indiyədək birpartiyalı sistem fəaliyyət göstərib. Ölkədə yalnız ölkənin indiki prezidentinin rəhbərlik etdiyi Demokratik Partiya qeydiyyatdan keçib.

Berdiməhəmmədovun fikrincə, yeni yaradılmış partiyalar ölkədəki ictimai-siyasi proseslərdə fəal iştirak etməklə, "Türkmənistan Demokratik Partiyası ilə rəqabət aparacaq".

"Hər hansı bir yeni siyasi partiyanın yaradılması təşəbbüsü irəli sürülərsə, ölkəmizin konstitusiyasına müvafiq olaraq, belə partiya artıq cari ildə qeydiyyatdan keçə bilər", - Berdiməhəmmədov qeyd edib.

Türkmənistan hökumətinin mətbuat xidməti məlumat verir ki, bu, siyasi, aqrar və ya digər istiqamətli partiya ola bilər.

"Lakin, yeni yaradılmış partiyaların əsas məqsədi də bizim hamımızı birləşdirən məqsədlərlə eyni olmalıdır. Bu məqsəd dövlətimizi beynəlxalq ictimaiyyətdə layiqlə təmsil etmək, dünya ictimaiyyətində layiqli yer tutmaq üçün iqtisadi, sosial-məişət və humanitar inkişafda yüksək nailiyyətlər əldə etməkdir", - Türkmənistan Prezidenti qeyd edib.

Onun sözlərinə görə, tolerantlıq və məqsədyönlülük kimi keyfiyyətlər türkmən xalqının mentalitetinin əsasını təşkil edir. "Məhz bunlar ölkədə aparılan islahatların yaxşı düşünülmüş olmasını, son dərəcə ölçülüb-biçilməsini və konstruktiv xarakterini şərtləndirir. Biz tələsmirik və biz cəmiyyətdə kiminsə maraqları xatirinə sosial-siyasi prosesləri süni şəkildə formalaşdırmayacağıq", - Türkmənistan Prezidenti bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti