İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu gün Seneqala səfər edib. Bu barədə Trend İranın IRINN telekanalının rəsmi saytına istinadən məlumat yayıb.
Müttəki Seneqalın müstəqilliyinin 50-ci ildönümü münasibətilə bayram mərasimində İran Prezidenti Mahmud Əhmədinejadın xüsusi nümayəndəsi kimi iştirak edəcək.
Müttəki Seneqala Qabondan gəlib. Qabondan öncə Müttəki Əlcəzairə birgünlük səfər etmişdi.