...

Türkiyə Parlamenti ölkədə konstitusiyaya dəyişikliyi müzakirə edib

Dünya xəbərləri Materials 9 Aprel 2010 15:23 (UTC +04:00)
Türkiyə Parlamenti ölkədə konstitusiyaya dəyişikliyi müzakirə edib. Bu haqda Türkiyənin CNN Turk telekanalı məlumat verib.
Türkiyə Parlamenti  ölkədə konstitusiyaya  dəyişikliyi  müzakirə edib

Türkiyə Parlamenti ölkədə konstitusiyaya dəyişikliyi müzakirə edib. Bu haqda Türkiyənin CNN Turk telekanalı məlumat verib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçirdiyi qrup toplantısında ölkəsinin mövcud konstitusiya ilə irəli gedə bilməyəcəyini deyib.

Baş nazir onu da qeyd edib ki, Türkiyə Konstitusiyanın dəyişdirilməsi üçün ölkə müxalifətindən də dəstək gözləyir. Ərdoğanın sözlərinə görə, ölkənin siyasi elitası və Türkiyə ictimaiyyəti konstitusiyanın dəyişdirilməsi lehinədir.

Xəbər lenti

Xəbər lenti