Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəsmi danışıqlar aparmaq üçün bazar ertəsi İrana gəlib. Bu barədə "Anadolu" agentliyi bildirir.
Çərşənbə axşamı Davudoğlu İranın XİN rəhbəri Mənuçöhr Möttəki ilə görüşəcək. Bundan sonra hər iki nazir birgə mətbuat konfransı keçirəcək.
Davudoğlu İranın nüvə proqramına dair danışıqlar üzrə əsas nümayəndəsi və ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, həmçinin, İran Parlamentinin spikeri Əli Laricani ilə görüşəcək.
Danışıqların mövzusunun regional və beynəlxalq məsələlər, həmçinin, İranın nüvə proqramı olacağı gözlənilir.
Davudoğlunun İran Prezidenti Mahmud Əhmədinejad ilə görüşəcəyi də gözlənilir.