Türkiyə xarici işlər nazirinin birinci müavini Feridun Sinirlioğlu bazar günü İsrailə səfər edəcək. Bu barədə TRT-nin rus xidməti məlumat yayıb.
Sinirlioğlu İsrailin xarici işlər nazirinin müavini Yosi Qal ilə görüşəcək. Sinirlioğlunun səfəri zamanı Türkiyə və İsrail arasında 14-cü müntəzəm siyasi məsləhətləşmələr keçiriləcək.
İsrailin xarici işlər nazirinin müavini Denni Ayalonun Türkiyə səfiri Oğuz Çelikkola hörmətsiz yanaşması ilə əlaqədar yaranmış böhrandan sonra Çelikkol geri çağırılıb, onun yerinə isə Kərim Uras təyin olunub.