...

İran Hərbi Hava Qüvvələri təlimlər keçirəcək

Dünya xəbərləri Materials 4 İyun 2010 12:35 (UTC +04:00)
Avqust ayının əvvəlində İranın Hərbi Hava Qüvvələri "havadan-yerə" atəş təlimləri keçirəcək. Bunu İranın HHQ komandir müavini Möhsün Dərəbaği deyib.
İran Hərbi Hava Qüvvələri təlimlər keçirəcək

Avqust ayının əvvəlində İranın Hərbi Hava Qüvvələri "havadan-yerə" atəş təlimləri keçirəcək. Bunu İranın HHQ komandir müavini Möhsün Dərəbaği deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, bu təlimlər HHQ-nin təlim-məşq meydançalarının birində, ölkənin bütün HHQ qərargahlarından təyyarəçilərin iştirakı ilə keçiriləcək.

Dərəbaği deyib ki, təlimlərdə F-4, F-5, SU-24 və F-7 tipli təyyarələr iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti