Kürd İşçi Partiyasının terroristlərinin Türkiyənin Həkkəri əyalətində keçirdikləri gecə hücumu nəticəsində, ən azı, üç hərbi qulluqçu həlak olub, daha üç nəfər isə yaralanıb. Bu barədə CNN Turk xəbər verir.
Separatçılar Beyerd kəndi yaxınlığında yerləşən polis məntəqəsinə hücum ediblər. Toqquşma nəticəsində, üç türk əsgəri və doqquz terrorçu həlak olub.
Son vaxtlar KİP terroristlərinin türk hərbi qulluqçularına hücumları daha da artıb. Son iki ayda türk ordusu 46 nəfər itirib.
Türkiyə Silahlı Qüvvələri separatçılarla mübarizədə İraqla sərhəddə genişmiqyaslı əməliyyata başlayıblar.
Həkkəri və Şirnak əyalətlərinə çoxlu sayda hərbi texnika və xüsusitəyinatlı dəstələr göndərilib.