...

İranda həbs olunmuş 4 Azərbaycan vətəndaşı sərhədçilərə təhvil verilib

Dünya xəbərləri Materials 6 Oktyabr 2010 17:01 (UTC +04:00)
İranın Nouşəhr limanı sahillərində həbs edilmiş 4 Azərbaycan vətəndaşı ölkəmizin sərhədçilərinə təhvil verilib. Bunu Nouşəhr şəhər polis rəisi Əli Səlimi deyib.
İranda həbs olunmuş 4 Azərbaycan vətəndaşı sərhədçilərə təhvil verilib

İranın Nouşəhr limanı sahillərində həbs edilmiş 4 Azərbaycan vətəndaşı ölkəmizin sərhədçilərinə təhvil verilib. Bunu Nouşəhr şəhər polis rəisi Əli Səlimi deyib. Məlumatı İranın "shomalnews.com" saytı yayıb.

Səliminin sözlərinə görə, Azərbaycan vətəndaşları səhvən Xəzərin İrana aid olan hissəsinə daxil olublar. "Vətəndaşların səhvən Xəzərin İrana aid olan hissəsinə daxil olduqları sübut olunduqdan sonra qanuna uyğun olaraq onları Azərbaycan sərhədçilərinə təhvil verdik", - Səlimi deyib.

Xəbər lenti

Xəbər lenti