...

İstanbulda İran və "altılıq" nümayəndələri arasında danışıqların ilk günü başa çatıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 21 Yanvar 2011 15:57 (UTC +04:00)
İstanbulda İran və "altılıq" nümayəndələri arasında danışıqların ilk günü başa çatıb. Məlumatı İranın IRNA informasiya agentliyi yayıb.
İstanbulda İran və "altılıq" nümayəndələri arasında danışıqların ilk günü başa çatıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:30-da yayılıb)

İstanbulda İran və "altılıq" nümayəndələri arasında danışıqların ilk günü başa çatıb. Məlumatı İranın IRNA informasiya agentliyi yayıb.

Tərəflərin danışıqları bu gün axşam və sabah davam etdirəcəkləri planlaşdırılır. IRNA agentliyinin anonim mənbəyə istinadən verdiyi məlumata görə, danışıqlar müsbət şəraitdə keçir.

Mənbənin sözlərinə görə, tərəflər vahid mövqeyə dayanaraq danışıqları davam etdirmək barədə razılığa gəliblər.

İran və "altılıq" nümayəndələri arasında İranın nüvə probleminin nizamlanması üzrə danışıqlar cümə günü səhər İstanbulda başlayıb.

İranla danışıqlarda Çin, Fransa, Almaniya, Rusiya, Böyük Britaniya və ABŞ-dan olan nümayəndə heyətləri iştirak edirlər. Görüşdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton sədrlik edir.

Xəbər lenti

Xəbər lenti