...

İran məhkəməsi iki ABŞ vətəndaşını 8 ilə azadlıqdan mərhum edib

Dünya xəbərləri Materials 20 Avqust 2011 22:36 (UTC +04:00)
Şənbə günü İranda məhkəmənin qərarı ilə İslam Respublikasında saxlanılmış iki ABŞ vətəndaşını 8 ilə azadlıqdan mərhum etdi. Bu barədə khabaronline.ir saytı xəbər yayıb.
İran məhkəməsi iki ABŞ vətəndaşını 8 ilə azadlıqdan mərhum edib

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Şənbə günü İranda məhkəmənin qərarı ilə İslam Respublikasında saxlanılmış iki ABŞ vətəndaşını 8 ilə azadlıqdan mərhum etdi. Bu barədə khabaronline.ir saytı xəbər yayıb.

İttihamnamədə izah olunur ki, amerikanlıların hər biri İranın ərazisinə qanunsuz keçməsinə görə 3 il, ABŞ-ın xeyrinə cəsusluğa görə isə müvafiq olaraq 5 illik cəzalandırılıblar.

Məhkumların qərarı şikayət etmək üçün 20 gün müddəti var. ABŞ vətəndaşları sadəcə İraqın şimalında səyahət etdiklərini və İranın ərazisinə səhvən düşdüklərini iddia edirlər.

Bir il bundan əvvəl İran - İraq sərhədində Amerika vətəndaşları olan Şin Baver, Coşua Fetal və Sara Şord həbs ediliblər. Onlar İran sərhədini qanunsuz keçməkdə və casusluqda günahlandırılıblar. Lakin ABŞ bəyan edir ki, saxlanılanlar sərhədi təsadüfən keçən alpinistlər və səyyahlardır.

Keçən il sentrabrın 14-də, İran Ramazan bayramı münasibətilə Sara Şordu 500 min dollarlıq vəsiqə zəmanəti ilə azadlığa buraxıb, lakin digər iki məhbus hələ də saxlanılır. İran məhkəməsinin onun haqqında qərarı hələ də gözlənilir.

Xəbər lenti

Xəbər lenti