...

Buşer AES İranın elektrik enerjisi şəbəkəsinə qoşulub

Dünya xəbərləri Materials 4 Sentyabr 2011 16:44 (UTC +04:00)

İranın Buşer Atom Elektrik Stansiyası ötən gecə İranın elektrik enerjisi şəbəkəsinə qoşulub. Bu barədə məlumatı İranın Mehr agentliyi yayıb.

Hal-hazırda şəbəkəyə 60 meqavat enerji daxil olur.

Buşer AES-nin rəsmi açılış mərasimi sentyabrın 11-də təşkil olunacaq.

Buşer AES-nin istehsal gücü 1000 Meqavat olacaq.

İranın Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Fəraidon Abbasi avqustun 29-da deyib ki, İran Buşer şəhərindəki AES-i payızın sonlarına qədər tam gücü ilə istifadəyə verəcək.

Buşer AES-in tikintisi 1975-ci ildə, Almaniya İranla müqavilə imzaladığı zaman başlayıb. Almaniya 1979-cu ildə - İranda İslam İnqilabı baş verdikdən sonra layihədən çıxıb.

Bundan sonra İran 1995-ci ildə Rusiya ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən stansiya 1999-cu ildə istifadəyə verilməli idi, lakin layihənin başa çatdırılması bir neçə dəfə təxirə salınmışdı. Stansiya bir neçə illink gecikmədən sonra istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti