...

ABŞ öz veto hüququndan istifadə edərsə, Fələstin BMT Baş Assambleyasına müraciət edəcək

Dünya xəbərləri Materials 18 Sentyabr 2011 14:10 (UTC +04:00)

Əgər ABŞ Fələstinin BMT-nin tam hüquqlu üzvlüyünə qəbulla bağlı hədələrini yerinə yetirəsə, Fələstin milli hökumətinin rəhbəri Mahmud Abbas BMT Baş Assambleyasına müraciət edəcək. Trend-in RİA Novosti Agentliyinə istinədanə verdiyi məlumata görə, bu barədə Fələstinin xarici işlər naziri Riad əl-Maliki bildirib.

"Bizim əsas məqsədimiz BMT-nin Təhlükəsizlik Şurasına müraciət etməkdir, Əgər ABŞ veto hüququndan istifadə etsə, biz digər variantları da nəzərdən keçirəcəyik. Bunlardan biri də baş assambleyaya müraciət etməkdir." əl-Maliki "Fələstinin səsi" radiostansiyasına bildirib.

Fələsti xarici işlər naziri deyib ki, BMT baş assambleyasında təmsil olunan bir çox ölkələr var ki, Fələstinin bu təşkilata üzvlüyünü və 1967-ci ildəki sərhədləri ilə birlikdə müstəqilliyinin tanınmasının tərəfdarıdır.

Baş Assambleyaya qəbul olunması şərait yaradacaq ki, fələstinlilər BMT-də öz statuslarını dəyişsinlər. Bu imkan verəcək ki, Fələstin BMT-nin bir çox təşkilatlarına, həmçinin Haaqadakı Beynəlxaq Cinayət Məhkəməsinə üzv olsun, eyni zamanda İsrail əleyhinə iddialar qaldırsın.

Xəbər lenti

Xəbər lenti