Yəmənin Hərbi Hava Qüvvələrlərinin təyyarəsi səhvən ölkənin cənubunda ordu bölməsinin mövqeləri üzrə raket-bomba zərbəsi endirdi, ən azı 30 hərbi qulluqçu həlak olub. Bu barədə bazar günü Yəmən ordusunun nümayəndəsinə istinadən Assoşieyted Press agentliyi xəbər yayıb.
"Faciəli hadisə Abiyan əyalətində bazar günü gecəsi oldu. Məktəbin boş binasında məskunlaşan 119-cu piyada briqadanın əsgərləri havadan atəşə məruz qaldılar", - xəbərdə deyilir.