Azərbaycan, Bakı, 31 yanvar / Trend müxbir T.Cəfərov/
Bu gün səhər İranın Qum əyalətinin mərkəzi Qum şəhərində 3,7 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın MOJNEWS agentliyi xəbər verir.
Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 05:50-də baş verdiyini bildirib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.