...

Türkmənistanda keçirilən prezident seçkiləri baş tutmuş elan olunub

Dünya xəbərləri Materials 12 Fevral 2012 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend /
Türkmənistanda bu gün keçirilən prezident seçkilərində yerli vaxtla saat 14.00-dək 2 milyon 37 min 892 nəfər, və yaxud 68,22 faiz seçici səs verib. Trend-in məlumatına görə, bu barədə Türkmənistanın Seçkilər və Referendum keçirilməsi üzrə Mərkəzi Komissiyasının məlumatında bildirilir.

"Bunun əsasında Seçkilər və Referendum keçirilməsi üzrə Mərkəzi Komissiya dövlət başçısının seçkilərini baş tutmuş hesab edir", - məlumatda bildirilir.

Bazar günü yerli vaxtla səhər saat 08:00-da Türkmənistanda seçki məntəqələri açılıb. Türkmənistanda ən yüksək dövlət vəzifəsinə 8 namizəd iddia edir. Onlar arasında hazırkı Prezident Qurbanqulu Berdiməhəmmədov, Daşoğuz bölgəsi rəhbərinin müavini Rəcəb Bazarov, "Turkmənqaz"ın idarələrindən birinin rəhbəri Kakagəldi Abdullayev, "Turkmənneft"in əməkdaşı Qurbanməmməd Mollaniyazov, su təsərrüfatı naziri Annagəldi Yazmuradov, Tikinti Nazirliyinin əməkdaşı Esenqulu Qayıbov, pambıqəyirmə fabrikinin direktoru Səfərmurad Batırov və energetika və sənaye naziri Yarməhəmməd Orazquliyev var.

Xəbər lenti

Xəbər lenti