Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlkər Başbuğ məhkəmənin suallarına cavab verməmək və müdafiədən imtina etmək niyyətində olduğunu bəyan edib. Bu barədə çərşənbə axşamı Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Başbuğ hakim Ədalət və İnkişaf Partiyasını nüfuzdan salmaq üzrə kampaniyanın təşkilində iştirak etməkdə təqsirləndirilir.
Qeyd edək ki, Başbuğ yanvarın 6-da məhkəmə zalından birbaşa həbsxanaya göndərilib. General Başbuğ 2010-cu ildə istefaya gedib.