Azərbaycan, Bakı, 1 may / Trend, müxbir A.Tağıyeva /
Suriya hakimiyyəti onlara verilən sonuncu şansdan istifadə etməli və BMT və ƏDL-in xüsusui elçisi Kofi Annanın planını dərhal yerinə yetirməlidir. Belə bir bəyanatla Türkiyə Prezidenti Abdulla Gül Milli Təhlükəsizlik Şurasının dünənki iclasında çıxış edib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər yayıb.
İclasın yekunları üzrə Gül bəyan edib ki, Suriya zorakılığı dərhal dayandırmalı və münaqişə tərəfləri arasında danışıqlara başlamalıdır.