...

Rusiya və İran Xəzər problematikası ilə bağlı məsləhətləşmələr aparıb

Dünya xəbərləri Materials 17 May 2012 12:16 (UTC +04:00)
Rusiyanın Xəzər dənizi problemləri üzrə danışıq qrupunun rəhbəri İqor Bratçikov Tehranda İranın Xəzər üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə ilə danışıqlar aparıb.
Rusiya və İran Xəzər problematikası ilə bağlı məsləhətləşmələr aparıb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Tariverdiyeva/

Rusiyanın Xəzər dənizi problemləri üzrə danışıq qrupunun rəhbəri İqor Bratçikov Tehranda İranın Xəzər üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə ilə danışıqlar aparıb. Bu barədə Trend cümə axşamı İranın Rusiyadakı səfirliyinin saytına istinadən məlumat verir.

"Tərəflər Xəzər regionunda baş verən prosesləri, habelə Xəzəryanı dövlətlər arasında danışıqlardakı vəziyyəti nəzərdən keçiriblər, Xəzər probleminin qısa müddətdə həllinin və regional əməkdaşlığın inkişafının zəruriliyini qeyd ediblər", - məlumatda deyilir.

Bratçikov bəyan edib ki, onun Tehrana səfərinin məqsədi əldə edilən sazişlərin reallaşdırılmasının tezləşdirilməsi məsələləri üzrə fəaliyyətlərin koordinasiyası üçün məsləhətləşmələrin aparılması, habelə Rusiyada Xəzəryanı dövlət başçılarının qarşıdakı sammitinin keçirilməsinə hazırlıq olub.

Xəbər lenti

Xəbər lenti