...

Aclıq elan etmiş erməni hərbi qulluqçu ölür

Dünya xəbərləri Materials 22 May 2012 12:45 (UTC +04:00)
Aprelin 5-dən "Gorus" cəzaçəkmə müəssisəsində müəssisədə aclıq keçirən hərbi qulluqçu Suren Kirakosyanın anası mayın 17-də oğlu ilə etiraz aksiyasını davam etdirdiyi həbsxanada görüşüb.
Aclıq elan etmiş erməni hərbi qulluqçu ölür

Azərbaycan, Bakı, 22 may /Trend/

Aprelin 5-dən "Gorus" cəzaçəkmə müəssisəsində müəssisədə aclıq keçirən hərbi qulluqçu Suren Kirakosyanın anası mayın 17-də oğlu ilə etiraz aksiyasını davam etdirdiyi həbsxanada görüşüb.

Suren Kirakosyanın aclıq aksiyası keçirdiyi dövrdə tibbi müayinə keçirilməsinə dair tələbi yerinə yetirilməyib. Buna görə də o ən son addıma əl ataraq tibbi yardımdan tamamilə imtina edib. O məktub yazıb: "Xahiş edirəm, vəziyyətim pisləşəndə mənə yardım etməyin".

Trend-in məlumatına görə, "Armenia Today" agentliyinin yazdığına görə, "Gorus" cəzaçəkmə müəssisəsinin rəisi və işçiləri əsgərin anasından onu tibbi yardım qəbul etmək üçün razı salmağı xahiş edirlər.

Dünən Zvart Kirakosyan müəssisənin rəisi Aik Arutyunyana müraciət edərək oğlunun məhkumlar üçün xəstəxanaya aparılmasını xahiş etsə də, hələ cavab almayıb.

Suren Kirakosyanın tələblərindən biri cinayət işinə yenidən baxılmasıdır.

Xatırladaq ki, onun barəsində cinayət işi hərbi hissəni icazəsiz tərk etməsi ilə bağlı qaldırılıb, iş məhkəmə təhqiqatı mərhələsindədir.

Onu da qeyd etmək lazımdır ki, belə vəziyyətdə o, Qafan məhkəməsinə aparılır, daha sonra vəziyyətinin pisləşməsi ilə əlaqədar məhkəm iclası təxirə salınır və bu, mütəmadi olaraq təkrarlanır.

Hərbi qulluqçunun hələ orduya çağırılmasından əvvəl səhhətində ciddi problemlər olub. Hərbi xidmətin gedişində isə onun səhhəti daha da pisləşib.

Anası oğlunun hərbi hissəni tərk etməsi səbəbini səhhətinin ağırlaşması və müvafiq tibbi yardımın olmaması ilə izah edir.

Hazırda əsgər və onun anası son dərəcə ağır vəziyyətdədirlər. Suren Kirakosyanın anası hamıya müraciət edərək "oğlunun ölməsinə imkan verməməyə" çağırıb. Hərbiçilər Surenin aclıq aksiyasını çağırış kimi qiymətləndirirlər.

Xəbər lenti

Xəbər lenti