...

Müdafiə naziri: Ermənistan öz ərazisində Rusiya RLS-in yerləşdirilməsinin əleyhinə olmazdı

Dünya xəbərləri Materials 18 Yanvar 2013 14:55 (UTC +04:00)
Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib ki, Ermənistanın ərazisində Rusiya RLS-in yerləşdirilməsinə qarşı olmazdı.
Müdafiə naziri: Ermənistan öz ərazisində Rusiya RLS-in yerləşdirilməsinin əleyhinə olmazdı

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib ki, Ermənistanın ərazisində Rusiya RLS-in yerləşdirilməsinə qarşı olmazdı. Trend-in məlumatına görə, bu barədə "Novosti Armeniya" yazır.

"Bu, hər bir dövlətin daxili məsələsidir. Biz bütün prosesi izləyirdik və gördük ki, danışıqlar çərçivəsində qarşılıqlı anlaşma əldə olunmadığı üçün Qəbələ RLS dayandırıldı", - nazir cümə günü 2012-ci ilin yekunları üzrə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya rəhbərliyi və Silahlı Qüvvələri RLS-i harada quraşdırmaq və yerləşdirməyi özləri həll etməlidirlər.

"Əgər söhbət bizim razılığımızdan və ya narazılığımızdan gedirsə, biz bunun əleyhinə olmazdıq", - Ohanyan deyib.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə Nota təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti