...

İran Milli Nüvə Texnologiyaları Günü təntənələrində yeni nailiyyətlərini təqdim edib (VİDEO)

Dünya xəbərləri Materials 9 Aprel 2013 10:33 (UTC +04:00)
Bu gün İranda Milli Nüvə Texnologiyaları Günü qeyd edilir. Bu barədə Trend çərşənbə axşamı IRIN telekanalına istinadən məlumat verir.
İran Milli Nüvə Texnologiyaları Günü təntənələrində yeni nailiyyətlərini təqdim edib (VİDEO)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/

Bu gün İranda Milli Nüvə Texnologiyaları Günü qeyd edilir. Bu barədə Trend çərşənbə axşamı IRIN telekanalına istinadən məlumat verir.

Bununla əlaqədar keçirilən tədbirdə İran prezidenti Mahmud Əhmədinejad və ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi Davani iştirak edirlər.

Ölkə başçısı və Atom Enerjisi Təşkilatının rəhbəri İranın nüvə sahəsində əldə edilən son nailiyyətlərinin təqdim ediləcəyi tədbirdə çıxış edəcəklər.

Həmçinin, tədbirdə İranın nüvə alimləri və ölkədə akkreditə olunmuş xarici diplomatik missiyaların səfirləri iştirak edirlər.

Milli Nüvə Texnologiyaları Günü təntənələri çərçivəsində uran hasilatı üzrə "Saqande" kompleksi və uran oksidi istehsalı üzrə "Rezai Nejad" kompleksinin açılışı olub.

Həmçinin ölkədə istehsal ediləcək elektron sürətləndirici təqdim edilib.

Elektron sürətləndirici enerji ilə doldurulmuş hissələrin yüksək sürətədək hərəkətə gətirmək üçün elektromaqnit sahəsindən istifadə edən qurğudur.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti