...

ABŞ-da kimya zavodunda partlayış baş verib, xəsarət alan var

Dünya xəbərləri Materials 14 May 2013 04:57 (UTC +04:00)
Qərb Virciniya ştatında yerləşən Airqas şirkətinə məxsus kimya zavodunda güclü partlayış nəticəsində ən azı iki nəfər xəsarət alıb.
ABŞ-da kimya zavodunda partlayış baş verib, xəsarət alan var

Azərbaycan, Bakı, 14 may /Trend/

Qərb Virciniya ştatında yerləşən Airqas şirkətinə məxsus kimya zavodunda güclü partlayış nəticəsində ən azı iki nəfər xəsarət alıb. Bu barədə Trend çərşənbə axşamı gecəsi 10TV kanalına istinadən məlumat verir.

Telekanalın məlumatına görə, müəssisədə naməlum səbəbdən asetilen qazı ilə dolu altı rezervuar partlayıb, nəticədə güclü yanğın baş verib.

Zavodun iki əməkdaşı əl və üz yanıqları ilə xəstəxanaya yerləşdiriliblər, lakin onların həyatına heç bir təhlükə yaranmayıb, RİA Novosti agentliyi məlumat verir.

Alışmanı söndürmək üçün yanğınsöndürən xidmətinə yarım saat vaxt tələb olunub.

Qonşuluqdakı ofis binaları ehtiyat üçün təhliyə ediliblər. KİV-in məlumatına görə, hal-hazırda zavodda yanğın söndürülüb. Asetilen partlayışının səbəbi araşdırılır.

Airgas şirkəti ABŞ-da sənayedə və tibdə tətbiq edilən müxtəlif xüsusi qazların, həmçinin müvafiq avadanlığının və təhlükəsizliyin təmin olunması vasitələrinin ən böyük təchizatçısıdır.

Son zamanlar bu artıq ABŞ kimya sənayesi müəssisələrində ikinci böyük fövqəladə hadisədir. 17 aprel gecəsi Texasdakı gübrə zavodunda baş verən partlayış nəticəsində ən azı 14 nəfər həlak olub, 200-dən çox yaralanıb.

Vurulan zərər təxminən 100 milyon dollar məbləğində qiymətləndirilir.

Hadisənin səbəbi hələ açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti