...

Kabilda döyüşçülərin müəssisələrə hücumundan sonra toqquşmalar davam edir, qurbanlar var

Dünya xəbərləri Materials 25 May 2013 01:46 (UTC +04:00)
Kabildə cümə günü Beynəlxalq miqrasiya təşkilatı binasının qarşısında törədilən partlayışlardan sonra təhlükəsizlik qüvvələri və silahlı döyüşçülər arasında baş verən toqquşmalar nəticəsində ən azı iki polis əməkdaşı həlak olub
Kabilda döyüşçülərin müəssisələrə hücumundan sonra toqquşmalar davam edir, qurbanlar var

Azərbaycan, Bakı, 25 may /Trend/

Kabildə cümə günü Beynəlxalq miqrasiya təşkilatı binasının qarşısında törədilən partlayışlardan sonra təhlükəsizlik qüvvələri və silahlı döyüşçülər arasında baş verən toqquşmalar nəticəsində ən azı iki polis əməkdaşı həlak olub. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Kabilda cümə günü iki partlayış baş verib. Onlardan biri Əfqanıstan Milli Təhlükəsizlik Baş İdarəsinə məxsus hospitalın yanında törədilib. Partlayışlardan sonra ərazidə atışma başlayıb. Bundan sonra döyüşçülər Beynəlxalq miqrasiya təşkilatı binasını zəbt ediblər, nəticədə mühafizəçilər, təşkilatın əməkdaşı, eləcə də İtaliya və Nepal vətəndaşları yaralanıblar.

RİA Novosti agentliyinin məlumatına görə, hal-hazırda atışma əvvəllər partlayışlar baş verən şəhərin Şəhr-e Nau mərkəzi rayonunda və Kabilin Borc-e Şərəh şəhər ətrafı məntəqəsində davam edir. Rayon polislərlə mühasirəyə alınıb.

İki polis əməkdaşı həlak olub və iki döyüşçü məhv edilib.

Xəbər lenti

Xəbər lenti