...

İranın vitse-prezidentlərindən biri təyin edilib

Dünya xəbərləri Materials 6 Avqust 2013 15:05 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani Mürtəza Bankı icraedici məsələlər üzrə yeni vitse-prezident təyin edib.
İranın vitse-prezidentlərindən biri təyin edilib

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir E. Tariverdiyeva/

İran Prezidenti Həsən Ruhani Mürtəza Bankı icraedici məsələlər üzrə yeni vitse-prezident təyin edib. Bu barədə Trend çərşənbə axşamı "Fars News" agentliyinə istinadən məlumat verir.

Məlumata görə, Bank İran Məşvərət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədr müavinidir.

O, 1997-2005-ci illər ərzində xarici işlır nazirinin müavini olub. Buna qədər isə 3 il ərzində Kirman vilayətinin qubernatoru vəzifəsində çalışıb.

Bank, həmçinin bu il Ruhaninin seçki kampaniyasının sədr müavini vəzifəsində çalışıb.

İcraçı vitse-prezident tikinti işlərinin icrası və prezidentin səlahiyyətlərinin həyata keçirilməsinə yardıma görə cavabdehdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti