...

İsveç XİN rəhbəri: Ermənistan Avropa Birliyi ilə danışıqları pozur

Dünya xəbərləri Materials 4 Sentyabr 2013 00:44 (UTC +04:00)
Ermənistan, yəqin ki, Avropa Birliyi ilə azad ticarət haqqında sazişə dair danışıqlardan imtina edir və Rusiya ilə inteqrasiya edir.
İsveç XİN rəhbəri: Ermənistan Avropa Birliyi ilə danışıqları pozur

Azərbaycan, Bakı, 4 sentyabr / Trend /

Ermənistan, yəqin ki, Avropa Birliyi ilə azad ticarət haqqında sazişə dair danışıqlardan imtina edir və Rusiya ilə inteqrasiya edir. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə İsveçin XİN rəhbəri Karl Bildt çərşənbə axşamı bildirib.

İrəvanın gömrük ittifaqına daxil olmaq niyyəti barədə Rusiya və Ermənistan prezidentləri Vladimir Putinin və Serj Sarqsyanın görüşün yekunları üzrə çərşənbə axşamı məlum olub.

"Deyəsən, Ermənistan azad ticarət haqqında saziş üzrə Avropa Birliyi ilə danışıqları pozur və bunun əvəzində Rusiya ilə inteqrasiya edir, 180 dərəcə dönüş," - Bildt Twitterdə öz mikrobloqunda yazıb.

2013-ci ilin noyabrında Vilnüsda Avropa Birliyi rəhbərliyinin və "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələri liderlərinin sammit olacaq, onun gedişində bir neçə ölkə ilə, Ermənistan da daxil olmaqla assosiasiya barədə müqavilənin və "Dərin və hərtərəfli azad ticarət zonası" ilə sazişin imzalanması gözlənilir.

"Şərq tərəfdaşlığı" təşəbbüsü Polşa və İsveç tərəfindən irəli sürülüb və 2008-ci ildə Avropa Birliyinin Brüssel sammitində təsdiq olunub, 2009-cu ilin mayında Praqada rəsmən təsis edilib. Proqramın məqsədi - Ukrayna, Ermənistan, Moldova, Gürcüstan, Azərbaycan və Belarus ilə Avropa Birliyinin tərkibinə onların qəbul edilməsinin olmadan Avropa Birliyinə yaxınlaşmasıdır.

Xəbər lenti

Xəbər lenti