...

Rusiya və ABŞ kimyəvi silahlar üzrə məlumat almaq üçün Suriya hakimiyyəti ilə birbaşa əlaqə saxlayıblar

Dünya xəbərləri Materials 14 Sentyabr 2013 21:25 (UTC +04:00)
Rusiya və ABŞ kimyəvi silah və onun saxlanmasının təhlükəsizlik dərəcəsi haqqında məlumat almaq üçün Suriya rəhbərliyi ilə birbaşa təmasda olublar.
Rusiya və ABŞ kimyəvi silahlar üzrə məlumat almaq üçün Suriya hakimiyyəti ilə birbaşa əlaqə saxlayıblar

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Rusiya və ABŞ kimyəvi silah və onun saxlanmasının təhlükəsizlik dərəcəsi haqqında məlumat almaq üçün Suriya rəhbərliyi ilə birbaşa təmasda olublar. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə RF XİN rəhbəri Sergey Lavrov şənbə günü Rusiya 1 telekanalına öz müsahibəsində bildirib.

Rusiya və ABŞ xarici siyasət qurumlarının rəhbərləri Sergey Lavrov və Con Kerri şənbə günü Suriya məsələsi üzrə razılığa gəliblər: tərəflər münaqişənin siyasi həlli, hərbi qarışmama və 2014-ci ilin ortalarında Suriyadan kimyəvi silahın çıxarılması, ya onun məhv edilməsi haqqında çıxış ediblər.

"Biz orada olanların nə dərəcədə təhlükəsiz olduğunu anlamaq üçün birbaşa suriyalılarla ilə işləmişik," - Rusiya XİN rəhbəri deyib.

"Yəqin indi artıq bu barədə demək olar ki, ABŞ tərəfi də bu konkret məsələni dəqiqləşdirmək üçün Suriya hökumətinə birbaşa dəfələrlə çıxıb," - Lavrov bildirib.

"Bəşər Əsəd haqda bilmirəm, amma onlar kimyəvi silahın saxlanılması yerinin nə dərəcədə təhlükəsiz olduğu barədə Suriya rəhbərliyi ilə təmaslarda olublar," - Lavrov qeyd edib.

Xəbər lenti

Xəbər lenti