...

Suriya hakimiyyəti "Cenevrə-2" sammitində müxalifətə atəşkəs təklif edəcək

Dünya xəbərləri Materials 20 Sentyabr 2013 04:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr / Trend /

Suriya hökumətinin nümayəndə heyəti "Cenevrə-2" sammitdə rəqiblərini atəşkəsə çağırmaq niyyətindədir. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Suriya baş nazirinin müavini Kadri Cəmil Britaniyanın Guardian qəzetinə müsahibəsində bildirib.

"Xarici müdaxilənin dayandırılması, beləliklə də barışıq və siyasi prosesin başlanğıcı, xarici müdaxilə olmadan və demokratik yolla Suriya xalqının öz müqəddəratını həlletmə imkanı olsun",- Cəmil təkliflər barədə sualına cavab verərək nəşrə bildirib ki, Dəməşq onlarla Cenevrədə çıxış etməyə hazırdır.

O, qeyd edib ki, vəziyyətdən belə çıxış yolu hər iki tərəf üçün optimal olacaq, çünki iki ildən artıq davam edən münaqişədə onların heç birinə qalib gəlməsi barədə deməyə imkan vermir.

Cəmil vurğulayıb ki, ölkədə artıq ciddi dəyişikliklər baş verib və indi Suriyanın kənardan təzyiqə yox, dəstəyə çox ehtiyacı var. "Qoy heç kəs qorxmasın ki, rejim hazırkı formada davam edəcək. Bütün praktiki aspektlər üçün rejim köhnə şəkildə artıq yox olub. İslahatlarımızın keçirilməsi üçün bizə lazımdır ki, Suriya prosesinə cəlb olunan Qərb və yerdə qalan digərləri bizə maneəçilik törətməsin", - baş nazirin müavini əlavə edib.

Hökumətdə iqtisadi bloku inkişaf etdirən Cəmilin sözlərinə görə, müharibə ölkəyə ciddi ziyan vurub. İqtisadi itkilər təxminən 100 milyard dollar təşkil edir.

Müxalif hərəkatının liderləri bundan öncə bildiriblər ki, hələ də prezident Bəşər Əsəd hakimiyyətdə qalsa, onlar "Cenevrə-2" sammitində iştirak etməkdən imtina edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti