...

İran prezidenti BMT-nin Baş Assambleyasında çıxış edib

Dünya xəbərləri Materials 25 Sentyabr 2013 04:16 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 68-ci illik müşavirəsində iştirak etmək üçün sentyabrın 24-də Nyu-York gəlib.
İran prezidenti BMT-nin Baş Assambleyasında çıxış edib

Azərbaycan, Bakı, 25 sentyabr / Trend, müxbir D.Xatınoğlu /

İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 68-ci illik müşavirəsində iştirak etmək üçün sentyabrın 24-də Nyu-York gəlib. Bu barədə Trend məlumat verir.

Prezidentin BMT Baş Assambleyasındakı çıxışı İran İRİB telekanalının efirində birbaşa yayımlanıb.

Ruhani bildirib ki, dünyada bir çox təhdidlər, həm də müəyyən qədər ümid var.

"İranda iyul ayında keçirilən prezident seçkiləri region üçün ümid nümunəsidir", - prezident bildirib.

Onun sözlərinə görə, İran sülhün müjdəçisidir, təhlükəsi yox.

"Son otuz il ərzində, bəzi ölkələr İranı təhlükə qismində göstərmək istəyiblər, lakin bu belə deyil", - Ruhani deyib.

O, bildirib ki, İranın nüvə proqramı dinc xarakter daşıyır və nüvə silahının hazırlanması ölkənin rolu və idealları ilə ziddiyyət təşkil edir.

"İran Qərblə öz nüvə proqramına dair mübahisəni aradan qaldırmağa hazırdır, əgər dialoq qarşılıqlı maraqlar əsasında aparılacaq", - prezident əlavə edib.

Ruhani bəyan edib ki, əməkdaşlığa hazırdır və ABŞ ilə münasibətlərində gərginlikdən qurtarmaq istəyir.

"O halda kı, ABŞ təcavüzkarların maraqlarınının qorumağını dayandırsa və siyasi təşəbbüs göstərsə, biz fikir ayrılıqlarımızın həllinə gələ bilərik", - Ruhani deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti