...

İranda mina partlayışı baş verib, 7 nəfər yaralanıb

Dünya xəbərləri Materials 19 Oktyabr 2013 09:46 (UTC +04:00)
İranın Mərivan şəhəri yaxınlığında yerləşən Nişkaş kəndində İran-İraq müharibəsi dövründən qalmış minanın partlaması nəticəsində 7 məktəbli uşaq yaralanıb.
İranda mina partlayışı baş verib, 7 nəfər yaralanıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir T.Cəfərov/

İranın Mərivan şəhəri yaxınlığında yerləşən Nişkaş kəndində İran-İraq müharibəsi dövründən qalmış minanın partlaması nəticəsində 7 məktəbli uşaq yaralanıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

Məlumata görə, hadisə cümə günü axşamçağı baş verib. Azyaşlı bir uşaq minanı Nişkaş kəndinin ətrafında yerləşən və istifadəsiz qalmış hərbi bazadan tapıb. Uşaq minanı tapdıqdan sonra yaşadığı əraziyə aparır və uşaqlarla birlikdə mina ilə oynadıqları zaman partlayış baş verib.

Yaralılardan 4 nəfəri oğlan və 3 nəfəri isə qızdır. Onlardan ikisinin vəziyyəti ağırdır.

Xatırladaq ki, İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki vəziyyətdə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti