...

Rusiyanın daxili işlər naziri: Təxribatçılar Biryulevoda törədilmiş qətldən millətlərarası münaqişəni qızışdırmaq üçün istifadə ediblər

Dünya xəbərləri Materials 23 Oktyabr 2013 14:41 (UTC +04:00)
Təxribatçılar Yeqor Şerabakovun qətlindən Biryulevoda qəsdən millətlərarası münaqişəni qızışdırmaq üçün istifadə ediblər.
Rusiyanın daxili işlər naziri: Təxribatçılar Biryulevoda törədilmiş qətldən millətlərarası münaqişəni qızışdırmaq üçün istifadə ediblər

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Təxribatçılar Yeqor Şerabakovun qətlini Biryulevoda qəsdən millətlərarası münaqişəni qızışdırmaq üçün istifadə ediblər. Trend-in çərşənbə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Dövlət Dumasında çıxışı zamanı deyib.

DİN rəhbəri bildirib: "Baş verənləri ölən şəxsin ailəsinin dərdinə şərik olmaq istəyən insanlar və rayonda lazımı qayda-qanunun olmamasına etiraz edənlər, habelə qətli millətlərarası münaqişəni qızışdırmaq istəyən təxribatçılar və onların bəzilərinin xuliqan hərəkətləri kimi bir neçə aspektə bölmək olar".

Onun sözlərinə görə, Biryulevoda hadisələr məhz bu iki ssenari üzrə cərəyan edib: "Hətta müxətlif millətlərin nümayəndələri arasında məişət zəminində törədilmiş münaqişədən vəziyyəti pozmaq üçün istifadə edilə bilər".

Rusyanın daxili işlər naziri, həmçinin deputarlara sakinləri yaşadıqları ərazidən kənarda cinayət törətmiş region rəhbərlərinin məsuliyyət daşıması ilə bağlı məsələni nəzərdən keçirməyi təklif edib.

O deyib: "Siz millətlərarası münasibətlər sahəsində regional hakimiyyət orqanlarının fəaliyyətsizliyə görə məsuliyyət daşımaları barədə qərar qəbul etmisiniz. Hesab edirəm ki, bu məsuliyyət təkcə münaqişələrin baş verdiyi ərazilərdəki rəhbərliyinə deyil, həm də qanunu pozanların tərbiyə aldığı, təhsil aldığı və şəxsiyyət kimi formalaşdıqları yerlərin rəhbərlərinə də aid edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti