...

İran Prezidenti ölkənin nüvə obyektlərinin məhv edilməsi imkanını istisna edir

Dünya xəbərləri Materials 30 Noyabr 2013 03:21 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani İranın nüvə obyektlərinin məhv edilməsi imkanını istisna edir, lakin ABŞ ilə münasibətlərin yaxşılaşacağına ümid edir.
İran Prezidenti ölkənin nüvə obyektlərinin məhv edilməsi imkanını istisna edir

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

İran Prezidenti Həsən Ruhani İranın nüvə obyektlərinin məhv edilməsi imkanını istisna edir, lakin ABŞ ilə münasibətlərin yaxşılaşacağına ümid edir. Trend Ria Novosti agentliyinə istinadən, bu barədə şənbə gününə keçən gecə Financial Times qəzeti məlumat verir.

Tehran öz nüvə obyektlərinin məhv edilməsinə imkan verəcəkmi sualını cavablandıraraq, nəşrə öz müsahibəsində deyib ki, "Yüz faiz yox".

Prezident növbəti dəfə vurğulayıb ki, İslam Respublikasının hərbi strategiyası nüvə silahının hazırlanmasını nəzərdə tutmur və İranın sülh məqsədi ilə uranın zənginləşdirilməsini davam etdirmək niyyətini bildirib.

" ABŞ və İran arasında problemlər çox mürəkkəbdir və qısa müddət ərzində həll oluna bilməz. Bu çətinliklərə baxmayaraq, son 100 gün ərzində gələcəkdə güclənə bilən bəzi açıqlıq yaranıb", - Ruhani Financial Times-a deyib.

Xəbər lenti

Xəbər lenti