Azərbaycan, Bakı, 2 dekabr / Trend /
Tezliklə milli tankın seriyalı istehsalı başlanacaq. Trend Hurriyet Daily News qəzetinə istinadən, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyənin Koc Holding konqlomeratına daxil olan Otokar şirkəti, Altay yeni nəsil milli döyüş tankının ilk prototipini yaradıb.
"İndi biz öz tankımızı istehsal edə bilərik. O, hazırda test mərhələsindədir", - Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə texnika istehsalında böyük uğurlar qazanıb.
"Biz milli helikopter və ANKA pilotsuz kəşfiyyat təyyarəsini istehsal etmişik, hesab edirəm ki, bu uğurun göstəricisidir," - baş nazir bildirib.
Onun sözlərinə görə, tezliklə Türkiyə milli pilotsuz təyyarələrin ixracına başlaya bilər.