...

Misir 2014-ci ilin yanvarında yeni konstitusiyaya dair referendum keçirməyi planlaşdırır

Dünya xəbərləri Materials 10 Dekabr 2013 08:39 (UTC +04:00)
Misir 2014-ci il yanvarın ortalarında yeni konstitusiya üzrə referendum keçirməyi planlaşdırır.
Misir 2014-ci ilin yanvarında yeni konstitusiyaya dair referendum keçirməyi planlaşdırır

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Misir 2014-ci il yanvarın ortalarında yeni konstitusiyaya dair referendum keçirməyi planlaşdırır. Trend RBK agentliyinə istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat verir.

Yeni əsas qanunun qəbul edilməsi - 2013-ci ilin iyulunda seçilmiş prezident Məhəmməd Mursinin devrilməsindən sonra Silahlı qüvvələr tərəfindən təyin edilən müvəqqəti hökumətin siyasi proqramının əsas mərhələsidir.

Misirin Konstitusiya məclisi 2013-ci il dekabrın 1-də müvəqqəti prezident Ədli Mənsura başa çatdırılmış yeni konstitusiyasının layihəsini təqdim edib. Prezident konstitusiya layihəsi üzrə referendumun keçirilməsi tarixini rəsmən bu həftə təyin etməlidir.

Bu artıq 2011-ci il yanvar inqilabından sonra hazırlanmış ikinci konstitusiya olacaq. Ötən il islamçıların təşəbbüsü ilə Məhəmməd Mursinin başçılığı ilə tərtib edilmiş konstitusiya referendumda qəbul edilib. 2013-ci il iyulun 3-də bu sənədin qüvvəsi dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti