...

ABŞ müdafiə naziri Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 10 Yanvar 2014 05:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar / Trend /

ABŞ müdafiə naziri Çak Xeyqel yanvarın 27-də Türkiyəyə rəsmi səfər edəcək. Trend Türkiyənin Hürriyet Daily News qəzetinə istinadən bu barədə məlumat verir.

Xeyqel Türkiyənin müdafiə naziri İsmət Yılmazla və digər yüksək vəzifəli şəxslərlə görüşəcək.

Tərəflər Türkiyənin raket əleyhinə müdafiə (RƏM) sistemlərinin yaradılması sahəsində Çinlə əməkdaşlıq etmək qərarını, həmçinin Suriyadakı hadisələr kimi məsələləri müzakirə edəcəklər.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyədəki səfirinin ölkədən çıxarılması mümkünlüyü barədə bəyan etdikdən sonra, iki ölkə arasında münasibətlərdə gərginlik yaranıb.

Xəbər lenti

Xəbər lenti