Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir T.Cəfərov/
İranın Cənubi Xorasan əyalətinin Təbəs şəhər həbsxanasında bu gün səhər bir nəfər narkotik qaçaqmalçısı edam olunub. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.
Məlumata əsasən, edam olunan şəxs 43 yaşlı kişidir və narkotik maddələrin daşınması, istifadəsi və satışında ittiham edilib.
O, bu ittihamla əvvəllər beş dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə onun barəsində edam hökmü çıxarılıb.