Azərbaycan, Bakı, 23 yanvar/Trend/
Məhkəmə Kiyevin Qruşevski küçəsində kütləvi iğtişaşların daha 11 iştirakçısını həbs edib və beşi barədə ev həbsi qərarı çıxarıb.
Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, dünən Kiyev prokurorluğu 10 nəfərin həbs edilməsi barədə qərar çıxarmışdı.
Məlumata görə, hazırda ümumilikdə iğtişaşlarda iştirak etmiş 26 nəfərə qarşı cinayət işi qaldırılıb.